Qızılgülün adı

Qızılgülün adı

11.99 ман
Müəllif: Umberto Eko
Nəşriyyat: Qanun nəşriyyatı
Bonus: 125 bal
Pulsuz sifariş: 1199 bal
Satışda Var

“Qızılgülün adı” intellektual postmodernizmin və XX əsr ro­mançılığının ən parlaq nümunələrindən biri, Umberto Eco ya­radıcılığının kulminasiyasıdır. Bu romanda müasir fəlsəfi fikrin bəşəriyyətə bəxş etdiyi bir çox düşüncə nemətləri, – ikili qiy­mət­­ləndirmədən, Mərkəzin kənar üzərində, Mütləqin nisbi qar­şı­sında, Həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qar­şı­sında, ehkamın təhlil üzərində ağalığından imtina, patiş, inter­tekstuallıq, semiotika və s. kimi anlayışlar əyaniləşərək, “Biz bu­yuq!” dedi.

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir. Azərbaycanda postmodern ədəbiyyat mövzusunda qız­ğın müza­kirələr təxminən iyirmi ildir ki, gedir. Postmodern ədəbiyyatın ağır ar­tilleriyası olan “Qızılgülün adı” romanı isə azər­baycandilli oxu­culara ana dilimizdə yalnız indi təqdim olu­nur.

Fikrini bildir


Qiymətləndirmə Kafi           Əla

Oxşar kitablar

Sıfır sayı - Umberto Eko