25 azn-dən yuxarı sifarişlərin ÇATDIRILMASI PULSUZDUR
  • Elias Kanetti – Kütlə Və Hakimiyyət
Elias Kanettinin 30 illik zəhmətinin bəhrəsi olan “Kütlə və Hakimiyyət” sosioloji, antropoloji, psixoloji və s. cəhətlərə toxunan, amma bunlarla məhdudlaşmayan bənzərsiz bir əsər kimi tanınır.
Kanetti bu kitabında “kütlə” və “iqtidar”ın bir-birlərinə tə­si­rindən, insanlar arasında “əmr” və  “itaət” əlaqəsinin necə for­malaşmasından bəhs edir.
İkinci Dünya müharibəsinin şahidi olmuş Kanettiyə görə kütlə “dağıdıcı”, iqtidar “öldürücüdür”. İnsan “iqtidar” istəyi ilə Tanrının qiyamət və dəhşət təhdidini oğurlamışdır. Ölümə qarşı müqavimət göstərməyin yolu isə əmrlərdən boyun qaçırmaq və yaratmaqdır. Kanetti “Düşünmək israr etməkdir” deyərək, “Kütlə və Hakimiyyət”i qələmə aldığı 30 il ərzində bu əsəri kölgələyəcək ölçüdə başqa bir əsər yazmadı. Çox sayda araşdırmaya və hər il Vyanada keçirilən bir simpoziumun mövzusu olan bu kitabdan sonra insan təbiətinin kütlə və iqtidarla əlaqəsini bu qədər əhatə edən başqa bir əsər də yazılmadı. Beləcə, “Kütlə və Hakimiyyət” zamana qarşı dirənən insanı anlamaq üçün misilsiz qaynaqlardan biridir.
Bunu dərk etmənin bəxtiyarlığını hiss etmək istəyənlər üçün… “Kütlə və Hakimiyyət!”
Bakı, Qanun Nəşriyyatı, 2016, 576 səh., 1000 tiraj
Çapa imzalanmışdır: 22.03.2016
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir.

Şərh yaz

Not: HTML'e dönüştürülmez!
    Kafi           Yaxşı

Elias Kanetti – Kütlə Və Hakimiyyət

  • 12.99 ман


Baxış sayı: 170

0 Şərhlər / Şərh yaz


Etiketlər: Elias Kanetti Kütlə Və Hakimiyyət, Elias Kanetti Kutle Ve Hakimiyyet, Elias Canetti Crowds And Power