46 Bənövşә - Salam Qədirzadə

46 Bənövşә - Salam Qədirzadə

3.69 man
Nəşriyyat: Qanun Nəşriyyatı
Satışda: Tükənib

Sovet dövründə onminlərlə oxucunun qəlbinə yol tapan tanınmış yazıçı Salam Qədirzadənin “46 bənövşə” əsəri dövrünün ən çox oxunan və populyarlıq qazanan əsərlərindəndir. Günlərin bir günü Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir və yazıçıya əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini gətirir və bu dəftərlərə baxmasını, fikir bildirməsini xahiş edir. Böyük fransız yazıçısı və filosofu Alber Kamünün “…Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyәrlәr, ölüm cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün edam edildiyini görәn kimsәsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər olduqca maraqlı dildə qələmə alınıb. Sovet gəncliyini, o illərin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri o qədər səmimi, şirin və təsirli dillə qələmə alınıb ki, kitabdan ayrıla bilməyəcəksiniz.
Bakı, Qanun Nəşriyyatı, 2014, 140 səh
ISBN 978-9952-26-674-0

Fikir bildir

Qeyd: HTML ilə yazı yazmayın!
    Kafi           Əla