Amin Maalouf Leon Afrikalı

Amin Maalouf Leon Afrikalı

7.99 man
Müəllif: Amin Maalouf
Nəşriyyat: Qanun Nəşriyyatı
Satışda: Tükənib
Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5-i 1489-cu il noyabrın 24-ü). – əndəlusluların xoşbəxt, qayğısız əyyamı davam edir. Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan mavr – Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir iflasın astanasında imiş. Və bu iflasın nə qədər istəsəniz səbəblərini sadalaya bilərsiniz. Amma “heç bir sivilizasiyanı kənardan işğal etmək mümkün deyil, bu, yalnız həmin sivilizasiya özü-özünü daxildən məhv etdikdən sonra mümkün olur” – tanınmış filosof Uilyam Dürant belə deyirdi. Amin Maaloufun “Leon Afrikalı”sı da məhz bu fikrin bədii həllidir.
“Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamış, amma hələ də Qranadanın bakirliyini və məsumluğunu arayan” Leon Afrikalının  dolanbacları andıran həyatını anladan bu roman da eyni mövzudadır.
Həm fransız, həm də ərəb-məhcər ədəbiyyatlarının eyni zamanda böyük imzası olan Amin Maaloufun tarixi romanları, kimlik böhranı üzərində araşdırmaları ilə əslində həmişə gah bədii, gah da elmi yolla tədqiq elədiyi bir mövzu var – dünyanın özü qədər qədim sivilzasiyalar arası münasibətlər, Qərb-xristian dünyası ilə müsəlman Şərqinin keşməkeşli əlaqələri.
Bakı, Qanun Nəşriyyatı, 2014, 492 səh

Fikir bildir

Qeyd: HTML ilə yazı yazmayın!
    Kafi           Əla