Kağız Ev - Karlos Maria Dominges

Kağız Ev - Karlos Maria Dominges

3.99 man
Nəşriyyat: Qanun Nəşriyyatı
Satışda: Tükənib
Kembric universitetində ispan ədəbiyyatını tədris edən Blyuma Lennon həlak olur. Kitab oxuya-oxuya yolu keçərkən onu maşın vurur…
Təsadüfənmi? Əlbəttə!
Amma mərhum ədəbiyyatşünas-alimin keç­mi­şində aqibətinə aparan hansısa sirr var…
Blyumanın üç keçmiş sevgilisindən biri, həmkarı, həm də sonradan kafedrada onun yerini tutmağa iddialı şəxs təsadüfi ölümə şübhə edir. Çünki qadının ölümündən sonra o, gecikmiş bir bağlama alır. Əsl sahibinə çatmamış bu qəribə bağlamada müəmmalı bir əşya var – kitab. Üzqabığı sement və inşaat tozu ilə örtülmüş nəşrdəki xatirə qeydi Blyuma Lennonun keçmişinə gedən cığır, onun “iç üzünü açan” izdir. Bəs bu xəsis sətirlər arxasında nə sirr gizlənib? O nəyin rəmzi, yaxud nəyə eyhamdır?
Yollayanın ünvanı yoxdur, tanışlar, dostlar siyahısında da onun adı keçmir…
Bakı, Qanun Nəşriyyatı, 2015, 104 səh.,

Fikir bildir

Qeyd: HTML ilə yazı yazmayın!
    Kafi           Əla