Hekayələr - Haynrix Böll

Hekayələr - Haynrix Böll

4.99 man
Nəşriyyat: Qanun Nəşriyyatı
Satışda: Tükənib
Nobel mükafatı laureatı Haynrix Böll (1917-1985) dünya ədəbiyyatında daha çox irihəcmli romanlar müəllifi kimi tanınsa da, “ən çox sevdiyi ən cazibədar nəsr forması”  hesab etdiyi hekayə janrında da gözəl nümunələr yaratmışdır. Yazıçı bu “kiçik” janrın böyük imkanların­dan ustalıqla istifadə edərək yaşadığı dövrün, daha dəqiq desək, XX əsr insanını ən çox düşündürən iki problemi – müharibə və ictimai-sosial problemləri ön plana çək­mişdi. Bu hekayələrdə özünün “yaddaşında əbədi olaraq dəhşətli, qanlı bir ölüm maşını kimi qalan” müharibə prosesinin özü deyil, əsasən, onun törətdiyi nəticələr, insanı həm fiziki, həm də mənəvi cəhətdən necə şikəst etdiyi təsvir olunur. İctimai-siyasi motivlərdə yazılan hekayələr isə bir növ onları tamamlayır, daha doğrusu, müharibənin şikəst etdiyi bu insanların sosial  həyatda – cəmiyyətdə qarşılaşdıqları amansız çətinliklər, ədalətsizliklər təsvir obyektinə çevrilir. Lakin bütün bu ağrı-acılara  baxmayaraq onun qəhrəmanları ümidsizliyə qapılmır, məyusluq içində “itib-batmır”, “ərimir” – öz saf daxili aləmlərinə, yu­mor hisslərinə söykənərək qaranlıq bir aləmdə, közərti şək­lində də olsa, işıq tapa bilirlər.
Haynrix Böll     Hekayələr
Heinrich  Böll   Erzählungen
Bakı, Qanun Nəşriyyatı, 2014, 172 səh.

Fikir bildir

Qeyd: HTML ilə yazı yazmayın!
    Kafi           Əla