Parlaq İmzalar

Satıcı reytinqi: 0 Fikirlər
parlaqimzalar@gmail.com
Qara Qarayev Prospekti 82A
Məqsədimiz kitabın bir dəyər olduğunu çatdırmaq, kitabsız bir insanın ruhsuz bədən olduğunu anlatmaq, ölkə kitabçılığına yeni bir nəfəs gətirməkdir.
Anam üçün - İlqar Kamil

Anam üçün - İlqar Kamil

7.00 man
Müəllif: ilqar Kamil
Nəşriyyat: Parlaq imzalar
  • Satıcı: Parlaq İmzalar
  • Satıcı reytinqi: 0 Fikirlər
  • Satıcıya mesaj yaz
  • Satışda: Mövcud
    Bir başa sifariş üçün zəng edin: 055 259 59 72 

    Anam üçün — İlqar Kamil

    Növbəti dəfə eyni bağırtını eşitdikdə Binyamin artıq dözə bilmədi, sıçrayıb ayağa qalxdı, qapını nə vaxt açdığını, pilləkənləri nə cür düşdüyünü özü də bilmədi. Bir də gördü ki, yumruqlarıyla Cavanşirgilin qapısını söküb-dağıdır. Cavanşir qapını açar-açmaz, Binyamin qəfil bir sıçrayışla qapını aralayıb içəri soxuldu, sağ əliylə onun xirtdəyindən yapışıb divara dayadı: “Alçaq!!! Nə istəyirsən qızdan, əclaf!!!” Ləman qorxudan qışqırıb anasının ətəyinə sığındı. Binyamin çox möhkəm yapışmışdı, əsəbdən gözləri qan qoymuşdu, Şirindil özünü yetirməsəydi, o, az qala Cavanşiri boğub öldürəcəkdi, lakin Şirindilin cəhdlərindən çox, Nəstərənin reaksiyası Binyaminin qüvvətli qolunu boşaltdı. Nəstərən Ləmanı qucağına alıb irəli atıldı, gözlərindən yaş süzülə-süzülə, o miskin halıyla belə qürurlu danışdı: “Binyamin bəy, bu nə cürətdir?! Sizə bu icazəni kim verib? Xahiş edirəm, çıxın evimizdən!!!”

    Fikir bildir

    Qeyd: HTML ilə yazı yazmayın!
        Kafi           Əla