-60%
ƏLİ VƏ NİNO

ƏLİ VƏ NİNO

0.20 man0.50 man
Müəllif: Qurban Səid
Nəşriyyat: E-kitab (pdf)
Satışda: Tükənib

Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”. Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi. Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək üçün böyük zəka tələb olunurdu. Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi: “Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. 

Fikir bildir

Qeyd: HTML ilə yazı yazmayın!
    Kafi           Əla