Adolf Hitler - Mənim mübarizəm

Adolf Hitler - Mənim mübarizəm

15.00 man
Nəşriyyat: Digər Nəşriyyat
Satışda: Mövcud
Adolf Hitler - Mənim mübarizəm
"Mein Kampf" (azərb. Mənim mübarizəm) — Adolf Hitlerin həyatını, siyasi baxışını və Milliyətçi Sosialist fikirlərini açıqladığı bir kitabdır. Hitlerin uğursuz bir zərbə endirdiyindən həbsxanaya düşdüyü zamanda Landsberg həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, Yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosyal-politik bünövrəsini incələmişdir.

İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivəxana zərbəsində (9 Noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur.

XX əsrin siyasi tarixi üçün mühüm bir quruluş olan bu işdə, Hitler "milli sosioloji" olaraq verilən dünyəvi baxışını açıqlayır və məqsədlərini bəyan edir. Hitlerin siyasi və iqtisadi təzyiqləri tənqid olunan və kapitalizm və marksizm tənqid olunan bu kitab çox vacibdir, çünki bu, eyni zamanda bir tərcümeyi-haldır.

Fikir bildir

Qeyd: HTML ilə yazı yazmayın!
    Kafi           Əla