Hüquqi məlumat

Məsuliyyətdən imtina

Son yenilənmə: 13 oktyabr 2026

Kitabim.az (bundan sonra — «Sayt») kitabsevərlər üçün pulsuz onlayn kitabxana, oxu jurnalı və oxucular cəmiyyətidir. Saytdan istifadə etməklə aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

1.Məlumatlar «olduğu kimi» təqdim olunur

Saytdakı bütün məlumatlar — kitablar, müəlliflər, təsvirlər, statistika və tövsiyələr — ümumi məlumat xarakteri daşıyır və «olduğu kimi» təqdim olunur. Sayt bu məlumatların tam, dəqiq və ya aktual olmasına zəmanət vermir və onlara əsaslanaraq verdiyiniz qərarların nəticəsinə görə cavabdeh deyil.

2.Məsuliyyətin məhdudlaşdırılması

Qanunvericiliyin icazə verdiyi həddə Sayt, Saytdan istifadəniz və ya burada təqdim olunan məlumatlara əsaslanmağınız nəticəsində yarana biləcək hər hansı birbaşa və ya dolayı zərərə, cərimə və sanksiyalara, itirilmiş gəlir, imkan və ya məlumatlara, habelə digər maddi və qeyri-maddi itkilərə görə məsuliyyət daşımır.

3.Oxucuların paylaşdığı məzmun

Rəylər, reytinqlər, qeydlər, sitatlar, teqlər və oxucuların yüklədiyi üz qabığı şəkilləri onları paylaşan oxucuların fikri və məsuliyyətidir; Saytın mövqeyini əks etdirmir.

Sayt qanuna, başqalarının hüquqlarına və ya ümumi əxlaq normalarına zidd olan məzmunu xəbərdarlıq etmədən gizlətmək və ya silmək hüququnu özündə saxlayır.

4.Texniki məsələlər

Sayt fasiləsiz və xətasız işləməyə, saxladığınız məlumatların heç vaxt itməyəcəyinə zəmanət vermir. Kompüter virusları, zərərli proqram təminatı və ya digər texniki problemlər səbəbindən avadanlığınıza və ya məlumatlarınıza dəyə biləcək zərərə görə də Sayt məsuliyyət daşımır. Cihazınızın və hesabınızın təhlükəsizliyini qorumaq sizin öhdənizdədir.

5.Xarici keçidlər

Saytda üçüncü tərəflərin saytlarına keçidlər ola bilər. Həmin saytların məzmununa, qaydalarına və təhlükəsizliyinə görə Sayt cavabdeh deyil.

6.Müəllif hüquqları

Oxu zalındakı elektron kitablar yalnız müəllif hüququ bitmiş və ya hüquq sahibinin icazəsi ilə paylaşılan əsərlərdir. Hüququnuzun pozulduğunu düşünürsünüzsə, müəllif hüququ sahibləri üçün səhifəsinə baxın.

7.Dəyişikliklər

Bu mətn vaxtaşırı yenilənə bilər; qüvvədə olan versiya həmişə bu səhifədədir. Suallarınız üçün bizimlə əlaqə saxlayın.