Hüquqi məlumat

Məxfilik siyasəti

Son yenilənmə: 19 oktyabr 2026

Kitabim.az oxucuların öz rəflərini qurduğu, oxuduqlarını izlədiyi və kitablar barədə fikir bölüşdüyü platformadır. Bu səhifə hansı məlumatlarınızı topladığımızı, onlardan nə üçün istifadə etdiyimizi və onlara necə nəzarət edə biləcəyinizi sadə dillə izah edir. Məlumatlarınızı satmırıq və reklam üçün istifadə etmirik.

1.Məlumatlarınıza kim cavabdehdir

Məlumatlarınızı Kitabim.az komandası emal edir. Bu siyasət və ya məlumatlarınız barədə istənilən sualı əlaqə forması vasitəsilə bizə yaza bilərsiniz.

2.Hansı məlumatları toplayırıq

  • Hesab məlumatları: ad və soyad, e-poçt ünvanı, şifrə. Şifrəniz yalnız şifrələnmiş (hash) şəkildə saxlanılır, onu heç kim, o cümlədən biz də görə bilmirik. Profil şəkli, oxu hədəfləri və görünüş seçimləri (məsələn, qaranlıq rejim) əlavə etsəniz, onlar da saxlanılır.
  • Google ilə giriş: bu yolu seçsəniz, Google bizə yalnız adınızı, e-poçt ünvanınızı və profil şəklinizi ötürür. Google şifrənizi görmürük, Gmail, Drive və ya Google hesabınızdakı başqa heç bir məlumata çıxışımız yoxdur.
  • Rəfiniz: əlavə etdiyiniz kitablar və onların təfərrüatları (status, səhifə, qiymət, rəy, teqlər, üz qabığı şəkli), qeydlər, xatırlatmalar, oxu sessiyaları, əhval qeydləri, istək siyahısı, paylaşılan siyahılar, verdiyiniz ulduzlar və bəyənmələr, Oxu zalındakı irəliləyişiniz və əlfəcinləriniz.
  • Saytdakı fəaliyyət: daxil olduğunuz zaman sonuncu dəfə nə vaxt aktiv olduğunuz, açıq olan səhifə və ziyarətlərin sayı. Bu məlumat IP ünvanı və ya cihaz məlumatı olmadan saxlanılır.
  • Əlaqə forması: bizə yazanda daxil etdiyiniz ad, e-poçt, mövzu və mesaj.
  • Mağaza aktiv olduqda sifarişlər: sifariş etdiyiniz məhsullar, onların sayı və məbləği. Kart və ya ödəniş məlumatı toplamırıq.

3.Məlumatlardan nə üçün istifadə edirik

  • hesabınızı yaratmaq, admin təsdiqindən keçirmək və sizi tanımaq üçün;
  • rəfinizi, statistikalarınızı, hədəflərinizi və oxu tarixçənizi göstərmək üçün;
  • hesabınız təsdiqlənəndə və ya sizinlə bağlı vacib dəyişiklik olanda e-poçt göndərmək üçün;
  • saytı təhlükəsiz saxlamaq üçün: məsələn, qısa müddətdə edilən çoxlu qeydiyyat cəhdlərini məhdudlaşdırırıq. Bunun üçün IP ünvanı yalnız müvəqqəti istifadə olunur və saxlanılmır;
  • kitabların neçə dəfə baxıldığını saymaq üçün. Bu say anonimdir, sizi tanımağa imkan vermir.

4.Nə başqalarına görünür

  • İctimai işarələdiyiniz kitablar adınız və profil şəkliniz ilə birlikdə İctimai bölmədə hər kəsə görünür. Buraya kitabın təfərrüatları, rəyiniz və qiymətiniz daxildir. Kitabı istənilən vaxt yenidən şəxsi edə bilərsiniz.
  • Liderlər lövhəsi və oxucular siyahısı adınızı, profil şəklinizi və oxu saylarınızı (bitirdiyiniz kitablar, oxunan səhifələr) göstərir. Şəxsi kitablarınızın adları görünmür. Profil ayarlarında lövhədə görünməyi söndürə bilərsiniz.
  • Paylaşılan siyahılar linki olan hər kəsə açıqdır.
  • Qalan hər şey (qeydlər, sessiyalar, xatırlatmalar, istək siyahısı və s.) yalnız sizə görünür.

5.Məlumatları kimlərlə paylaşırıq

Məlumatlarınızı satmırıq. Onlar yalnız saytın işləməsi üçün lazım olan xidmətlərə ötürülür:

  • Supabase: verilənlər bazası, giriş sistemi və fayl yaddaşı;
  • Vercel: saytın yerləşdiyi server (hostinq);
  • Resend: hesab təsdiqi kimi e-poçtların göndərilməsi;
  • Google: yalnız Google ilə girişi seçdiyiniz halda, sizi tanımaq üçün.

Bu xidmətlər məlumatlarınızı yalnız bizim adımıza və bu məqsədlər üçün emal edir. Qanun bunu tələb etdikdə məlumatları səlahiyyətli dövlət orqanlarına təqdim edə bilərik.

6.Kukilər və brauzer yaddaşı

İzləmə kukilərindən, reklam şəbəkələrindən və ya analitika xidmətlərindən istifadə etmirik. Brauzerinizin yaddaşında yalnız saytın işləməsi üçün lazım olanları saxlayırıq: giriş sessiyanızı, tema seçiminizi və Oxu zalında qaldığınız səhifəni. Brauzer məlumatlarını təmizləsəniz, bunlar silinir və yenidən daxil olmağınız lazım gəlir.

7.Məlumatları nə qədər saxlayırıq

  • Hesab və rəf məlumatları hesabınız mövcud olduğu müddətdə saxlanılır.
  • Ziyarət qeydləri 180 gündən sonra avtomatik silinir.
  • Hesab silinmə sorğusundan sonra hesabınızı və ona bağlı məlumatları silirik.

8.Hüquqlarınız

  • Baxmaq və düzəltmək: profil məlumatlarınızı istənilən vaxt profil səhifəsində dəyişə bilərsiniz.
  • Yükləmək: profil səhifəsindəki “Məlumatları ixrac et” düyməsi ilə rəfinizi (kitablar, qeydlər, sessiyalar) fayl kimi endirə bilərsiniz. Bütün məlumatlarınızın surətini istəsəniz, bizə yazın.
  • Silmək: hesabınızın silinməsini istəsəniz, əlaqə forması vasitəsilə bizə yazın.
  • Google bağlantısını ləğv etmək: Kitabim.az-ın Google hesabınıza çıxışını Google hesab ayarlarında istənilən vaxt ləğv edə bilərsiniz.

Sorğulara 30 gün ərzində cavab veririk. Məlumatlarınızla bağlı narahatlığınız varsa, fərdi məlumatların qorunmasına nəzarət edən səlahiyyətli orqana şikayət etmək hüququnuz da var.

9.Təhlükəsizlik

Saytla əlaqə şifrələnmiş (HTTPS) bağlantı ilə qurulur, şifrələr hash şəklində saxlanılır, məlumatlarınıza yalnız siz və səlahiyyətli adminlər çıxış əldə edə bilir. Heç bir sistem tam təhlükəsiz deyil. Hesabınızda şübhəli fəaliyyət görsəniz, şifrənizi dəyişin və bizə yazın.

10.Bu siyasətdəki dəyişikliklər

Saytda dəyişiklik etdikcə bu səhifəni yeniləyirik. Son yenilənmə tarixi səhifənin yuxarısında göstərilir. Vacib dəyişikliklər barədə saytda və ya e-poçtla məlumat veririk.