Tərəfdaşlar

Reklam və əməkdaşlıq

Kitabim.az Azərbaycanda kitab oxuyan insanların bir araya gəldiyi yerdir. Nəşriyyat, kitab mağazası, kitabxana, festival və ya kitab sevən brendsinizsə, oxucularla birlikdə maraqlı nəsə edə bilərik — onların məxfiliyinə toxunmadan.

1.Prinsiplərimiz

  • Reklam şəbəkələrindən, izləmə kukilərindən və şəxsi məlumata görə hədəfləmədən istifadə etmirik və etməyəcəyik.
  • Oxucuların məlumatları tərəfdaşlarla paylaşılmır və satılmır.
  • Hər tərəfdaş materialı açıq şəkildə “Tərəfdaş” kimi işarələnir. Oxucuların rəyləri və qiymətləri satılmır və dəyişdirilmir.

2.Nə edə bilərik

  • Mövsümi oxu kampaniyaları: məsələn, “Yay oxusu” və ya bir janrın ayı — sizin dəstəyinizlə, oxucular üçün hədiyyələrlə.
  • Oxu zalında kitab: nəşr etdiyiniz kitabın bir hissəsini və ya tamamını oxuculara pulsuz təqdim etmək.
  • Yeni kitabın təqdimatı: kitab səhifəsində tərəfdaş kimi işarələnmiş qısa təqdimat və müəlliflə görüş elanı.
  • Kitab klubları və tədbirlər: oxucular arasında müzakirə, müsabiqə və görüşlər.

3.Necə başlayaq

əlaqə forması vasitəsilə kim olduğunuzu, nə təklif etdiyinizi və təxmini vaxtı yazın. Təklifə baxıb oxucular üçün faydalı olacağına inandıqda sizinlə əlaqə saxlayırıq. Müəllifsinizsə, Müəlliflər üçün səhifəsinə də baxın.