Müəlliflər
Müəlliflər üçün
Kitabim.az-da hər gün oxucular kitablarını rəflərinə qoyur, qiymət verir və rəy yazır. Kitabınız da onların arasındadırsa, bu səhifə onun burada necə göründüyünü və oxucularınıza necə yaxın ola biləcəyinizi izah edir.
1.Kitab və müəllif səhifələri necə yaranır
Oxucu kitabı rəfinə əlavə edib paylaşanda kitabın öz səhifəsi (kitabim.az/kitab/…) və müəllifin səhifəsi (kitabim.az/muellif/…) avtomatik yaranır. Orada kitabın neçə oxucunun rəfində olduğu, orta qiyməti, oxucuların rəyləri və oxşar kitablar görünür. Bu səhifələr axtarış sistemlərində də göstərilir.
2.Məlumatı düzəltmək
Adınız səhv yazılıb, eyni kitab iki dəfə görünür və ya təsvir yanlışdır? əlaqə forması vasitəsilə kitabın linkini və düzgün məlumatı göndərin — kataloqu yoxlayıb düzəldirik. Müəllif səhifənizə öz təqdimatınızı və şəklinizi əlavə etmək istəyirsinizsə, bunu da yazın.
3.Kitabınız Oxu zalında
Kitabınızın hamısını və ya bir hissəsini oxuculara pulsuz təqdim etmək istəyirsinizsə, onu Oxu zalına əlavə edə bilərik. Kitab saytda oxunur, yükləmə düyməsi yoxdur; istədiyiniz vaxt geri götürülür.
Müraciətdə kitabın adını, hüquq sahibi olduğunuzu göstərən qısa məlumatı və faylı (PDF) göndərin.
4.Oxucularla düzgün münasibət
- Oxucuların rəylərinə, tənqidi olanlara da hörmətlə yanaşın — onlara şərhlərdə nəzakətlə cavab verə bilərsiniz.
- Öz kitabınıza qiymət və rəy verməyin, tanışlarınızdan saxta rəy istəməyin: belə rəylər götürülür.
- Oxuculara icazəsiz reklam mesajları göndərməyin. Tanıtım üçün Reklam və əməkdaşlıq səhifəsinə baxın.
5.Hüququnuz pozulubsa
Əsərinizin saytda icazəsiz paylaşıldığını görsəniz, Müəllif hüququ sahibləri üçün səhifəsindəki qaydada müraciət edin — tez baxırıq.